Almaniya HDP-çilərə qucaq açdı

  • By admin
  • 08 Noyabr 2016 22:09

a

Türkiyənin Avropa Birliyinə daxil olması üçün aparılan danışıqlarla bağlı hazırlanan hesabat neqativ xarakterli olacaq.

Axar.az xəbər verir ki, bunu “Die-Velt” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixael Rot söyləyib. Onun sözlərinə görə, Türkiyə Avropa Birliyinə üzvlük üçün yaxşı hazırlaşmayıb:

“Üzvlüklə bağlı danışıqlar çox ağır keçir. Biz yeni səhifə açmırıq. Mən düşünürəm ki, AB Türkiyədən üz çevirməməlidir. Çünki bu, Türkiyədə heç nəyi yaxşılaşdırmayacaq. Ankaranın müxalif deputatlara qarşı rəftarı qəbuledilməzdir. Türkiyədə siyasi təqiblərə məruz qalan jurnalistlər, siyasətçilər və artistlər Almaniyadan sığınacaq ala bilərlər”.

Qeyd edək ki, bundan öncə Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri və bir neçə deputatı həbs edilib. Onlar terror təşkilatının təbliğatını həyata keçirməkdə və terrora dəstəkdə şübhəli bilinirlər.

Gununsesi.info