Almaniya hökuməti təsadüfən terrorçulara yardım edib

  • By admin
  • 14 Mart 2021 21:05

Almaniyada koronavirus pandemiyasına görə biznesə göstərilən yardımın islamçı terrorçulara ödənilməsi ehtimalı var.

Gununsesi.info “Sputnik” Agentliyinə istinadla xəbər verir ki, bu barədə Berlinin hüquq mühafizə orqanları məlumat yayıb.

Ayrı-ayrı hallarda terrorizmin birbaşa maliyyələşməsi barədə şübhələr var, məqalədə qeyd olunur. Bunlardan üçündə pandemiyaya görə ödənilən vəsaitin Yaxın Şərqdəki döyüşçülərə yönəldilməsi barədə məlumatlar var. Hazırda dövlət təhlükəsizliyi xidməti və prokurorluq paytaxtda 60 nəfər barədə araşdırma başladıb. Hökumət pulun aldatma yolu ilə alınıb-alınmaması barədə təhqiqat aparır.

Cinayət işləri üzrə zərərin məbləği 1 milyon avro qədərində dəyərləndirilir. Axtarış zamanı polislər 250 min avro müsadirə edə biliblər.

Almaniyada 2020-ci il noyabrın 2-dən koronavirus pandemiyasına görə lokdaun elan olunub. Bu müddət ərzində restoran, bar, kafe və mehmanxanalar bağlı qalıb.

Gununsesi.info