Almaniya hökuməti azərbaycanlı jurnalisti deportasiya edir

  • By admin
  • 13 Sentyabr 2021 23:55

2017-ci ildən Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfili Azərbaycana deportasiya edilir.

Gununsesi.info xəbər verir ki, bunu “Xeber.de”yə jurnalistin özü deyib. “Deportasiya üçün evimizə gəldilər. Hazırda bizi Düsseldorf hava limanına aparırlar. Azərbaycana deportasiya edəcəklər”– deyə, jurnalist bildirib.
Məlumat üçün bildirək ki, Röya Rəfili Azərbaycanda “ANS”, “Yeni Müsavat” və “Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gələn R.Rəfili bu ölkədən sığınacaq istəyib.

Gununsesi.info