Almaniya II Bundesliqa klubunun 17 yaşlı futbolçusu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, “Fortuna Düsseldorf”un gənclərdən ibarət komandasının üzvü Nyuton Opoku-Mensa göldə çimərkən boğulub.
Qeyd edək ki, bu hadisədən sonra “Fortuna Düsseldorf”un U-19 komandasının məşq prosesləri təxirə salınıb.
Gununsesi.info