
Almaniya İsraildən 4 milyard avroluq silah alacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ilin sonunadək hava müdafiə sistemlərinin alımına başlanacaq.
Arrow-3 hava müdafiə sistemlərinin alımı ilə bağlı tanınmış “Reuters” xəbər agentliyi yazıb.
Yazılan xəbərdə bildirilir ki, bu barədə Maliyyə Nazirliyi Parlamentə təqdim edəcəyi sənədlərə əsasən, İsrail və Almaniya hökumətləraraası bir anlaşma üçün hazırlaşır.
Arrow-3 sistemlərinin 2025-ci ilin sonunadək Almaniyaya təslim edilməsi gözlənilir.
Xatırladaq ki, yüksəklikdən qoruma bacarığı olan bu sistemlər, bioloji, kimyəvi və nüvə raketlərini məhv edə bilir.
Arrow-3 qarşı tərəfin atdığı ballistik raketləri dünya atmosferinin çölündə əngəlləyə bilir.
Tərcümə: Arzu Sayadoğlu