
Almaniya kansleri Olaf Şolz İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanmasının Türkiyə demokratiyası və Avropa İttifaqı-Türkiyə münasibətləri üçün üzücü olduğunu bildirib.
Gununsesi.info bildirir ki, önümüzdəki həftələrdə kreslosunu Xristian Demokratlardan Fridrix Merzə təhvil verəcək Sosial Demokrat Partiyasından olan Scholz, ”Avropa ilə Türkiyə arasındakı əlaqələrin daha da yaxşılaşdırılması üçün çox səy göstərdik. İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsi türk demokratiyası və bu münasibətlər üçün üzücü hadisədir” deyə bəyan edib.
“Siyasi müxalifət mühakimə olunmamalıdır”.
Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.
İmamoğlunun həbsi Türkiyədə demokratiyaya ağır zərbədir.
.