Almaniya KİV Türkiyədə seçki ilə bağlı sorğunun nəticələrini paylaşdı: Ərdoğan öndədir

  • By admin
  • 24 May 2023 19:14

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün sayılı günlər qalıb.

Bütün dünyanın ikinci tur seçkisini yaxından izlədiyi bir vaxtda Almaniya KİV-də diqqətçəkən analiz dərc olunub.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti seçkilərin nəticələrini dair sorğunun nəticələrini açıqlayarkən Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinə diqqət çəkib.

Bildirilib ki, ilk turdan əvvəl təqdim edilən və Kılıçdaroğlunun öndə olduğunu göstərən sorğular səhv olub. Qəzetdə son sorğularda ikinci turun qalibinin Ərdoğan olduğuna dair məlumata yer verilib.

Həmçinin qeyd edilib ki, Ərdoğan və “Cümhur İttifaqı”na qarşı yaradılan “Millət İttifaqı” ilk turdan sonra dağılmaq üzrə olub, Kılıçdaroğlu ikinci turdan əvvəl “millətçilik” kartını oynayaraq səs toplamağa çalışıb.