Almaniya konsulluğu raket hücumundan zərər gördü

  • By admin
  • 10 Oktyabr 2022 14:42

Kiyevdə Rusiyanın kütləvi raket hücumu zamanı Almaniya konsulluğuna ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, konsulluğun viza bölməsi zədələnib.

Kiyevdəki Böll Fondunun keçmiş sədri Sergey Sumlenni raket hücumundan sonra konsulluğun fotosunu çəkib, tvitter-də paylaşıb.

O, kansler Olaf Şolza və xarici işlər naziri Annalena Burboka müraciət edərək yazıb: “Bəlkə siz bir neçə “Leopard” tankı göndərib, vəziyyəti yoxlamaq istərdiniz?”.

Xatırladaq ki, oktyabrın 10-da Ukrayna şəhərlərinə ilk dəfə bu qədər çox raket zərbəsi endirilib. Ümumilikdə işğalçılar Ukrayna ərazisinə 80-dən çox raket atıblar.

Gununsesi.info