
Almaniya kansleri Angela Merkel yenidən medianın gündəminə çevrilib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Almaniyada rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşən Merkel dövlət himni səslənərkən oturduğu yerdən qalxmayıb.
İddialara görə, kansler yenidən özünü pis hiss etdiyindən ayağa durmayıb.
Xatırladaq ki, Merkel Ukrayna prezidenti və Finlandiyanın Baş Naziri ilə görüşündə titrəməsi ilə gündəmə gəlmişdi.