Almaniya millisinin üzvü “Çelsi”də

  • By admin
  • 04 İyul 2017 20:21

d03070ae53aebb7b189f53845e47dbff

 
“Roma”nın müdafiəçisi Antonio Rudiger karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü “Çelsi” ilə anlaşıb.

FİFA Konfederasiyalar Kuboku-2017-nin qalibi olan 24 yaşlı futbolçu bu gün yeni komandası ilə rəsmi müqaviləyə qol çəkəcək. “Roma” bu transferdən 35 milyon avro gəlir əldə edəcək. Mərkəz müdafiəçisinin çıxışına görə, məbləğ 39 milyon avroya qədər yüksələ bilər.

Qeyd edək ki, Antonio Rudiger “Roma”ya ötən il 7,6 milyon avroya “Ştutqart”dan keçmişdi.

Gununsesi.info