
İyunun 5-də Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin “İncirlikdən çıxırıq” açıqlamasına Türkiyənin baş naziri Binəli Yıldırım münasibət bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyan necə istəyirsə elə də etsin.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabriel deyib ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 əsgərlik kontingentini bu ölkədən çıxaracaq.
O, bu bəyanatı Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra verib. Qabrielin baş nazir Binəli Yıldırımla görüşü baş tutmayıb. Belə ki, əvvəlcədən planlaşdırılmasına baxmayaraq, baş nazir bu görüşdən imtina edib.
Siqmar Qabriel Ankara təmaslarında Türkiyənin Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün icazəsini almağa çalışırdı.
Türkiyə isə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir.
Anar
Gununsesi.info