Almaniya ordusu “türk əsgər” axtarır – FOTO

  • By admin
  • 24 Yanvar 2024 17:08

Hərbi sərmayələrini artıran Almaniya ordusu elanlarında türkcə ifadələr işlədərək kadr axtarır.

Gununsesi.info xəbər verir ki, bu yaxınlarda müdafiə xərclərini və şəxsi heyətini artıracağını açıqlayan Almaniyada ordunun hərbi namizədlər üçün hazırladığı afişalarda almanca ilə yanaşı türkcə də çağırışlara yer verilməsi diqqət çəkib.

Alman Silahlı Qüvvələrində (Bundesver) 2031-ci ilə qədər mövcud 183 mindən 203 minə qədər hərbi personalın artırılması məqsədinə nail olmaq üçün hazırlanan afişalarda namizədlərdən türk dilində “Donanmamızın bir parçası ol” ifadəsi ilə müraciət etmələri xahiş olunur.

Xüsusilə türklərin cəmləşdiyi bölgələrdə asılan elan və afişalarda müxtəlif peşə qruplarında iş üçün ixtisaslı kadrların müraciət edə biləcəyi bildirilir.

Elanların müraciət üçün ziyarət edilməsini xahiş etdiyi Almaniya Silahlı Qüvvələrinin internet saytında dövlət qulluqçuları, pilotlar, ofis işçiləri, menecerlər, mühəndislər və dəniz zabitləri kimi bir çox peşəkar qruplar var. Almaniya Silahlı Qüvvələri tərəfindən yaradılan müraciət səhifəsində məlumatlarını daxil edən namizədlərlə kifayət qədər hesab edildikdə daha sonra əlaqə saxlanacağı bildirilir.

Almaniyanın müdafiə naziri Boris Pistorius 2023-cü ilin iyun ayında verdiyi açıqlamada Covid-19 epidemiyasından sonra Almaniya ordusuna müraciət edənlərin sayında azalma olduğunu və ixtisaslı kadr çatışmazlığının olduğunu qeyd edib.

Gununsesi.info