Dünən Qırmızı dənizdə davam edən qarşıdurmalara müdaxilə edən Almaniya ordusunun səbəb olduğu qalmaqal geniş reaksiya doğurub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya ordusunun döyüş gəmisinin husilərə aid olduğunu düşünərək hücum etdiyi İHA-nın ABŞ-a məxsus olduğu ortaya çıxıb.
Dünən Qırmızı dənizə yerləşdirilən alman freqatının husilərin ilk hücumunu dəf etdiyi açıqlanıb.
DPA mənbələrinin məlumatına görə, Avropa İttifaqının dəniz nəqliyyatı mühafizəsi missiyası çərçivəsində Qırmızı dənizə yerləşdirilən Almaniya donanmasının “Hessian” freqatı ilk dəfə Yəməndə İranın dəstəklədiyi Husi milislərinin hücumunu dəf edib və mənbələr bildiriblər ki, gəmi çərşənbə axşamı gecə iki düşmən hədəfinə uğurla hücum edib.
Bu açıqlamadan saatlar sonra alman gəmisinin buraxdığı səhv üzə çıxıb. “CNN İnternational”da yer alan xəbərə görə, alman gəmisinin Husilərə məxsus dron olduğunu düşünərək hücum etdiyi təyyarənin ABŞ-a məxsus olduğu ortaya çıxıb.
Hadisə ilə tanış olan ABŞ müdafiə rəsmisi alman hərbi gəmisinin Husilərə məxsus pilotsuz təyyarəni atəşə tutduğunu düşündüyünü bildirib, sonra qeyd edib ki, vurulan ABŞ pilotsuz təyyarəsi olub.
Rəsmi bildirib ki, freqatın ABŞ pilotsuz təyyarəsinə hansı silahla atəş açdığı aydın deyil. Almaniya ordusunun məlumatında ABŞ pilotsuz təyyarəsinin təsadüfən atəşə tutulmasından bəhs edilməyib.
Gununsesi.info