Almaniyanın Baş naziri 5 Orta Asiya ölkəsinin liderini bir araya gətirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantı zamanı enerji sahəsində əməkdaşlıq barəsində razılıq əldə edilib.
Görüşdə Qazaxıstan Prezidenti Comart Tokayev, Qırğızıstan Prezidenti Sadr Jafarov, Özbəkistan Prezidenti Şevket Mirziyoyev, Tacikistan lideri İmomali Rahman və Türkimənistan lideri Serdar Berdımuhammedov iştirak ediblər.
Danışıqlar zamanı ortaq sənəd imzalanıb.
“Enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerki tədarükü üçün yeni “rota”ların yaradılması” hədəfinə vurğu edilib.
Orta Asiya ölkələri ilə Avropa Birliyi (AB) ölkələri arasında nəqliyyat-tranzit yollarının yaxşılaşdırılması ilə bağlı addımlarını atılmasına qərar verilib.
Qonaq ölkələrin liderləri AB-nin 2027-ci ilədək rəqəmsallaşma, enerji, nəqliyyat kimi sahələrə yatırımlardan və inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemləri ilə elmi araşdırmalarına dəstək olmağı hədəfləyən 300 milyard dolar həcmindəki “Global Gateway” layihəsi ilə su, enerji və iqlim proyektlərindən duyduqları məmnuniyyətlərini dilə gətirilib.
Bu layihələr inkişaf etməkdə olan ölkəkləri Avropa ilə sıx əlaqələndirmək üçün Avropa Birliyi tərəfindən Çinin “İpək Yolu” layihəsinə bir alternativ olaraq dəyərləndirilir.
Almaniyanın Baş naziri Olaf Şoltz, Orta Asiya liderlərinə bu cəhdləri həm milli büdcə, həm də AB qaynaqları ilə dəstəkləmək istədiklərini bildirib.
Tərcümə: Arzu