Almaniya polisidən ŞOK QƏRAR: Putinin yaxın adamının lüks avtomobillərini müsadirə etdi – VİDEO

  • By admin
  • 09 Oktyabr 2023 12:36

Almaniyada polis və gömrük əməkdaşları özbək əsilli rusiyalı oliqarx Alişer Usmanovun evlərində aparılan axtarış zamanı beş dəbdəbəli avtomobili müsadirə ediblər.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Reuters” və “Bild” məlumat yayıb.

Qeyd olunur ki, axtarışlar Münhen yaxınlığında və Rottax-Egern kommunasında yerləşən villada aparılıb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri Usmanova məxsus 5 lüks avtomobili ələ keçirib. Onların arasında təxminən 140 min avro dəyərində olan “Mercedes Maybach S500”, təxminən 180 min avro dəyərində “Mercedes Brabus” furqonu və digər maddi sərvətlər olub.

Rusiyalı oliqarxın mətbuat xidməti, öz növbəsində bildirib ki, “Usmanov həmişə qanuni yolla əldə etdiyi şəxsi əmlakını bəyan etdiyi üçün Almaniya hüquq-mühafizə orqanlarının hərəkətləri böyük sürpriz və utanc hissi doğurur”.

Times назвала Алишера Усманова самым щедрым благотворителем за 20 лет — РБК

2022-ci ilin sentyabrında Almaniya polisi Bavariyanın cənubundakı Tegernsee gölünün sahilində yerləşən Əlişir Usmanova və onun bacısına məxsus üç evə basqın edib. Almaniya hakimiyyəti onu milyonlarla avro vergidən yayınmaqda, həmçinin dəbdəbəli daşınmaz əmlak, “Dilbar” meqayaxtası, “Airbus A340” təyyarəsi və bahalı avtomobil kolleksiyası almaqla çirkli pulların yuyulmasında şübhəli bilir.

Daha sonra müstəntiqlər rusiyalı oliqarxa məxsus “Dilbar” yaxtasından dəyəri 5 milyon avro olan 30 rəsm kolleksiyasını ələ keçiriblər. Buna cavab olaraq Usmanovun vəkilləri alman polisinin hərəkətlərinə qarşı iddia qaldırıblar. Frankfurt-Mayn məhkəməsi oliqarxın şikayətini qismən təmin edib. Hakimlər 2022-ci ildə sahibkarın əmlakında baş vermiş bir neçə axtarışı qanunsuz hesab ediblər.

Qeyd edək ki, Əlişir Usmanov dünyanın ən zəngin adamlarından biridir və Rusiya prezidenti Vladimir Putinə yaxın adamdır. Ukraynada müharibə başlayandan sonra Aİ ölkələri və ABŞ Usmanov, Dmitri Peskov və Putinin çevrəsindən olan digər şəxslərə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər yuxarıda adı çəkilən şəxslərin və onlarla əlaqəli şirkətlərin bütün aktivlərinin dondurulmasını nəzərdə tutur.

Səid Əhmədli
Gununsesi.info