
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk dəfə Ukrayna paytaxtına gəlib.
Gununsesi.info “mk.ru”- ya istinadla xəbər verir ki, Almaniya prezidentinin Kiyevə qatarla gəldiyi məlum olub. Bu gün axşam o, ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşmək niyyətindədir.
Bundan əvvəl “Bild” qəzeti yazıb ki, Frank-Valter Ştaynmayer ötən həftə Kiyevə səfər etməli idi, lakin səfər ləğv edilib. Nəşrin məlumatına görə, bu, Almaniya Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının təkidi ilə edilib.
Gununsesi.info