Almaniya Liviyanın kimyəvi silah yaradılması proqramına daxil olan kimyəvi maddələri məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı Almaniya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bu kimyəvi maddələrin Liviyanın keçmiş lideri Müəmmər Qəzzafi zamanına aid olduğunu bildirib. Berlin indiyə qədər 500 ton kimyəvi maddə məhv etdiyini açıqlayıb.
Qeyd edək ki, Liviyanın kimyəvi maddələrinin ləğv edilməsi prosesi 2016-cı ilin sentyabrında başlayıb. Maddələrin ləğvi üçün xərcləri üzərinə Almaniya və ABŞ götürüb.
Gununsesi.info