
Almaniya təkcə kişilər üçün deyil, həm də qadınlar üçün məcburi hərbi çağırış tətbiq edə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu təklif Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət blokundan olan siyasətçilər tərəfindən irəli sürülüb.
CDU/CSU fraksiyasının sədr müavini Yohan Vadeful ZDF televiziyasında müsahibəsində yaxın günlərdə genderə görə artıq fərq qoymayacağını bildirib.
Onun sözlərinə görə, hərbi xidmətin yeni modeli tez bir zamanda tətbiq edilməlidir və buna qədər ölkənin əsas qanununa dəyişikliklər edilməlidir.
Vadefulun təkliflərini CDU-nun müdafiə eksperti Serap Gülər də dəstəkləyib. Onun fikrincə, Almaniya Müdafiə Nazirliyinin işə götürməyi planlaşdırdığı ildə 10 min əsgər “yalnız başlanğıcdır”.
Gülər qeyd edib ki, ən azı 4 dəfə artmalıdır.
Bildirilir ki, bundan əvvəl məlum olub ki, Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi xidmətə yararlı olanların 13 il əvvəl ləğv edilmiş hərbi qeydiyyatını bərpa etməyi planlaşdırıb.
Nazir gəncləri xidmətə hazırlığı və qabiliyyəti ilə bağlı sorğu anketlərini doldurmağı, habelə tibbi müayinədən keçməyi öhdəsinə götürmək niyyətindədir.
DPA qeyd edib ki, bu, məcburi hərbi xidmətin mümkün qaytarılması istiqamətində ilk addım olacaq.
Qeyd edək ki, Almaniya 2011-ci ildə məcburi hərbi çağırışı ləğv edərək peşəkar orduya keçib.
Günay
Gununsesi.info