Almaniya qoşunlarını Əfqanıstandan çıxarır

  • By admin
  • 30 Aprel 2021 20:47

Almaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyası başa çatır, Bundesver texnika və qoşunların geri çəkilməsinə başlayır.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Tapşırığımız başa çatıb. Bu gündən etibarən, çıxarılmaya (qoşun və texnikanın – red.) başlayırıq. Çoxməqsədli helikopterlərdən tutmuş, avtokranlara qədər hər şey Almaniyaya daşınır”, – qurumdan bildiriblər.

 

İlk mərhələdə 123 texnikanın çıxarılması nəzərdə tutulur. Prosesin təhlükəsizliyi KSK Xüsusi Təyinatlı Qüvvələri tərəfindən təmin edilir. Əfqanıstandakı Almaniya kontingentində əsasını hərbi təlimatçıların təşkil etdiyi 1 000-ə yaxın hərbçi var. Qoşunların geri çəkilməsinin sentyabr ayına qədər davam edəcəyi gözlənilir.

Gununsesi.info