Dekabrın əvvəlinə olan məlumata görə, Almaniya Avropa İttifaqı sanksiyaları rejimi çərçivəsində Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
“Bura dondurulmuş pulları, fiziki şəxslərin iqtisadi resurslarını, habelə Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərini əhatə edən sanksiyalara məruz qalan bütün aktivlər daxildir”, – deyə o bildirib.
Məlumatda deyilir ki, söhbət Rusiya fiziki şəxslərinin pul və əmlakı, habelə Rusiya Bankının aktivləri daxil olan aktivlərdən gedir.
Bundan əvvəl Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avro dəyərində aktivlərinə həbs qoyulması üçün məhkəməyə müraciət etmişdi.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məsələni şərh edərkən qeyd edib ki, xarici banklarda Rusiyaya məxsus aktivlərin dondurulması qanunsuzdur və onu birbaşa oğurluq hesab etmək olar.
Gununsesi.info