Almaniya səfiri Bakıda yeni Mercedes-Benz S-Class-ın təqdimatında

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 11:20

Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Bakıda yeni Mercedes-Benz S-Class modelinin təqdimat mərasimində iştirak edib.

Gununsesi.info  xəbər verir ki, təqdimat tədbiri Bakıdakı yeni Mercedes-Benz diler mərkəzində keçirilib.

Tədbirdə çıxış edən səfir Dirk Lölke innovasiyanın, texnoloji tərəqqinin, eləcə də Almaniya ilə Azərbaycan arasında uzunmüddətli və sıx əlaqələrin əhəmiyyətini vurğulayıb.

Təqdimat gecəsində Alman mühəndisliyi, müasir dizayn və qabaqcıl avtomobil texnologiyaları nümayiş etdirilib.

Gununsesi.info