Almaniya “Taurus” raketlərini hazır vəziyyətə gətirib

  • By ilhame
  • 12 Mart 2024 22:47

Almaniya hökuməti ordunun arsenalında olan bütün “Taurus” qanadlı raketlərini modernləşdirmək və hazır vəziyyətə gətirmək qərarına gəlib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Die Welt” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Bundesverin arsenalında olan bütün “Taurus” raketləri modernləşdirilməlidir. Almaniya Silahlı Qüvvələrinin arsenalında təxminən 600 sistemin olduğu deyilir, dəqiq sayı məxfi saxlanılır. Hazırda onların yalnız yarısı 2018-ci ildəki texniki yeniləmədən sonra istismara hazır hesab olunur. Qalan partiya sertifikatın müddəti başa çatıb.

 

“Die Welt” yazır ki, indi mövcud sistemlərin əsaslı təmiri və hazırda sertifikatlaşdırılmamış qanadlı raketlərin təmiri aparılmalıdır. Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsi bu sifariş üçün çərçivə müqaviləsi təklif etməli, sonra isə raket istehsalçısı MBDA təklif təqdim etməlidir. Bundestaq bu proseslər üçün müvafiq maliyyə vəsaiti ayırmalı olacaq.

 

Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. “Die Welt”in məlumatına görə, Bundestaqın Müdafiə Komitəsi çərşənbə axşamı keçirilən növbədənkənar iclasda planlar barədə məlumatlandırılıb. Nəşr vurğulayıb ki, bu addım Almaniya hökuməti üçün Kiyevə gələcək hərbi dəstək baxımından yeni imkanlar açır.

Gununsesi.info