Almaniya Türkiyədəki səfirliyini bağladı

  • By admin
  • 15 Sentyabr 2016 13:03

sefirlik

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.
Gununsesi.info “Bild” qəzetinin verdiyi məlumata istinadən xəbər verir ki, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.
Məlumata görə, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.
Qeyd edək ki, cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı. Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı.

HTML tutorial

Gununsesi.info