Almaniya hökuməti uzun illərdən sonra ilk dəfə Türkiyəyə 336 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Der Spiegel yazır.
Nəşr aydınlaşdırır ki, bu, uzun illərdən sonra Türkiyəyə ilk irimiqyaslı silah ixracıdır. Son bir neçə ildə Berlin Ankara ilə bu cür əməliyyatların həcmini azaldır.
Məlumata əsasən raketlərin və torpedanın dəyərini təxminən 256 milyon avrodur. Daha 79 milyon avroya Almaniya Türkiyəyə sualtı qayıqların modernləşdirilməsi üçün material verəcək. Türkiyə korvetləri və freqatları üçün 1,9 milyon avro dəyərində mühərriklərin ixracı da təsdiqlənib.
2023-cü ilin sonunda Almaniya kansleri Olaf Şolz bildirib ki, ölkə hakimiyyəti çətin ki, Türkiyənin hərbi təyyarələrin tədarükü ilə bağlı müraciətini təmin etsin. Onun sözlərinə görə, qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki münaqişə ilə bağlı açıqlamaları ilə bağlıdır.
Şəbnəm