Almaniyada məcburi hərbi xidmət ləğv edildiyindən və könüllü olaraq hərbi xidmətə getmək istəyənlərin sayı yetərli olmadığından, əsgər kəsiri doldurula bilmir. Hazırda yeganə həll yolu bu ölkədə illərdir yaşayan, adaptasiya olmuş və Almaniya vətəndaşı olmuş əcnəbilərin hərbi xidmətə cəlb edilməsidir.
Gununsesi.info xəbər verir ki, Rusiya ilə müharibənin yayılma ehtimalı nəzərə alınaraq, hərbi xidmətə qəbul üçün ilk hədəf bu ölkədə doğulub böyüyən və Almaniya vətəndaşlığını almış türk əsilli şəxslərdir. Bir türk əsgəri ildə təxminən 40 min avro maaş ala biləcək. Rütbə artdıqca maaş da artacaq.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, orduya əcnəbiləri qəbul etmək Avropada bunu edən ilk silahlı qüvvələr olmayaclar. “Almaniya mümkün müharibəyə hazır olmalıdır, – deyə o əlavə edib. Pistorius hazırda hərbi çatışmazlığın 20 min olduğunu vurğulayıb.
Ölkəyə uyğunlaşan əcnəbilərə və lazım gələrsə, hətta Bundesverə (Almaniya ordusuna) xidmət etməyə hazır olan muzdlulara da vəzifə verilə biləcəyi bildirilərkən, onların Almaniyaya uyğunlaşması və sədaqətinin nəzərə alınacağı vurğulanır. Aİ-nin digər üzv dövlətlərində əcnəbilərdən “leqioner-muzdlu”ların cəlb edilməsi də təkliflər sırasındadır.
Bu müzakirələr davam edərkən, bir çox təhlükəsizlik ekspertləri ölkədəki əcnəbilərin həm dövlət qulluqçusu ola biləcəyini, həm də artıq polis və digər mühafizə orqanlarında xidmət etdiklərini və onların hərbi xidmətə də uyğun ola biləcəyini bildirirlər.
60 ildən artıqdır Almaniyada yaşayan üçüncü, dördüncü və hətta beşinci nəsil türklər Almaniya vətəndaşıdır, dil və inteqrasiya problemi yoxdur. Məcburi hərbi xidmət ləğv olunduğu üçün həmin gənclər muzdlu hərbi xidmətə cəlb oluna bilərlər. Plan reallaşarsa, ilk mərhələdə Alman ordusunun (Bundesver) təxminən 20-də biri türk əsilli insanlardan ibarət olacaq.
Gununsesi.info