Federal kansler Olaf Şolts ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında Almaniyanın 2024-cü ildə Ukraynaya 7 milyard avro dəyərində silah verəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Şolts bu barədə sosial şəbəkə hesabında yazıb.
“Prezident Bayden və mən razılaşırıq: biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməyə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə hərbi mallar üçün yeddi milyard avrodan çox təmin edəcək”, – deyə o qeyd edib.
Gununsesi.info