Almaniya Ukraynaya daha 7 “Gepard” sistemi verəcək

Almaniya Ukraynaya daha yeddi “Gepard” özüyeriyən zenit qurğusu verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

HTML tutorial

Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək.

Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən “Krauss-Maffei Wegmann” (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək.

Ötən həftə Almaniya Ukraynaya üç zirehli “Beaver” körpüsü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri təhvil verib.

Gununsesi.info