Almaniyanın Baş naziri Olaf Şoltz Amerika Prezidenti Co Baydenlə telefon danışığı zamanı Ukraynaya “Patriot” batereyalarının və “Marder” tipli zirehli texnikanın göndəriləcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ikitərəfli dialoq zamanı ortaq verilmiş qərarla bu texnikanın çatdırılması ilə bağlı Amerikanın Almaniyaya yardımçı olacağı bildirilib.
Digər tərəfdən, Almaniya “Patriot”dan başqa Ukraynaya “Marder” tipli zirehli döyüş vasitələri, avtomobilləri də göndərəcək.
Xatırladaq ki, Almaniya indiyədək Ukraynaya “Gepard” anti-tank silah sistemi, 4 ədəd İRİS yerdən-havaya müdafiə sistemləri tədarük edib.
Tərcümə: Arzu Sayadoğlu