Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün Ukraynaya 10 min patrondan ibarət 500 milyon avroluq yardım paketini açıqlayıb.
Nazir bildiribki, ABŞ etibarlı tərəfdaş olaraq qalır.
The Independent-in yazdığına görə, Pistorius Ramstein aviabazasında ABŞ və digər müttəfiqləri ilə danışıqların kuluarlarında jurnalistlərə deyib: “Biz bir daha demək olar ki, yarım milyard avro dəyərində yardım paketi hazırladıq”.
O, həmçinin bildirib ki, Almaniyanın Ukraynada hərbçisi olmayacağı ilə bağlı mövqeyinə əlavə edəcəyi heç nə yoxdur.