
Almaniya və Çin arasında “diktator” qalmaqalı yaşanmaqdadır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çin Prezidenti Şi Cinpinqi “diktator” adlandırmasından sonra iki ölkə arasında münasibətlər korlanıb.
“Diktator” sözünə görə rəsmi Pekin Almaniyanın Çindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Alman səfir Patrisia Flora etiraz notası verilib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok səfir Florun Çin XİN-ə çağırıldığını təsdiq edib.
Amerikaya səfəri öncəsində Berbok jurnalistlərə açıqlamasında Çinin bu etirazını qeydə aldığını və başqa bir şərh verə bilməyəcəyini bildirib.
Xatırladaq ki, Amerikanın “Fox” televiziyasına açıqlama verən alman nazir Rusiya-Ukrayna savaşının nəticələri ilə bağlı danışarkən Çin Prezidenti Şi Cinpinqi “diktator” adlandırmışdı.
Tərcümə: Arzu