Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.
“Onların işi bizim müdafiəmizi istəyənlər üçün təhlükədir”, – Berbok qeyd edib.
Qeyd edək ki, “Bild” nəşri Almaniya hökumətinin 100-ə yaxın rus diplomatı qovmağa hazırlaşdığı haqda məlumat yaymışdı.
***
30-a yaxın rusiyalı diplomat da Fransadan çıxarıla bilər.
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən məlumat verilib.
Gununsesi.info