Böyük Britaniyanın baş naziri Tereza Mey və Almaniya kansleri Angela Merkel telefon danışğı zamanı gələcəkdə Rusiyanın təcavüzünə qarşı birgə mübarizə barədə razılığıa gəliblər.
Gununsesi.info rosbalta istinadən xəbər verir ki, Almaniyanın sabiq rus kəşfiyyatçılarının İngiltərənin Solberi şəhərində hücuma məruz qalması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyinə görə almaniyalı həmkarına təşəkkürünü bildirib. Telefon danışığı zamanı kansler və baş nazir bundan sonra da Rusiyanın təhdidlərinə qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğulayaraq, birgə mübarizə aparmaq barədə qərara gəliblər.
Tərəflər eyni zamanda ABŞ tərəfdən polad və alüminiumun idxalına qoyulan gəlir vergisinin müvəqqəti təxirə salınması məsələsini də müzakirə ediblər. Tərəflər həmçinin İranın nüvə proqramı razılaşması məsələsini də müzakirə edərək, İranla əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.
İngiltərədə rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın “Noviçok” vasitəsi ilə zəhrələnməsindən sonra 28 ölkə 150 rusiyalı diplomatı çıxarıb.
Moskva isə bu faktı təkzib edir.
Gununsesi.info