Almaniya və Rusiya Türkiyədəki çevrilişi qınadı

  • By admin
  • 16 İyul 2016 13:32

Россия-и-Германия

 

Türkiyədəki hərbi çevirilişə cəhdlə  bağlı olaraq Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyanat verib. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniya XİN Türkiyədəki son hadisələrdən dərin narahatçılıq keçirdiyini bəyan etməklə yanaşı, ölkədə demokratik təsisatların güc yolu ilə dəyişilməsi cəhdini qətiyyətlə pisləyir: “Mən bütün tərəfləri demokratik prinsiplərə riayət etməyə və konstitusion qaydalara hörmət etməyə çağırıram”. F.V.Ştaynmayer tərəfləri gələcəkdə gözlənilən qanlı qarşıdurmadan çəkinməyə də çağırıb. Rusiya XİN-in yaydığı bəyanatda isə deyilir ki, Türkiyədə baş verən hadisələr beynəlxalq və regional sabitliyə təhlükə törədir. “Moskva Türkiyədə baş verən son hadisələrdən ciddi narahatçılıq keçirir: “Ölkədə daxili siyasi proseslərin gərginləşməsi fonunda terror təhlükəsinin artması və silahlı toqquşma beynəlxalq və regional sabitliyə təhlükə yaradır”.

Gununsesi.info