Almaniya vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

  • By Admin2
  • 02 Noyabr 2024 13:14

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına çağırış edərək onlardan İranı tərk etmələrini istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Alman XİN-nin sözçüsü Kristofer Burger məlumat yayıb.

“Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür”,- o bildirib.

Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi taöışırıb.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan İranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

Gununsesi.info