Almaniya və Britaniya Baltikyanı ölkələr üzərində birgə səmada patrul edəcək

Almaniya və Böyük Britaniyanın hərbi hava qüvvələri NATO adından Baltikyanı ölkələrin hava məkanında birgə patrul xidməti həyata keçirəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Martın 6-da Estoniyada birgə patrullar başlayacaq. Patrullar həm Almaniya, həm də Britaniya Eurofighterlərindən ibarət olacaq. Müdafiə rəsmisi bildirib ki, onların əsas vəzifəsi Rusiya hərbi təyyarələrini müşayiət etmək olacaq.

Almaniya keçən avqust ayında NATO-nun Baltik Hava Polisi proqramının bir hissəsi olaraq Baltikyanı ölkələr üzərində hava məkanında patrul xidməti həyata keçirməyi öhdəsinə götürdü. 5 Eurofighter Estoniyadakı Amari aviabazasında yerləşdirilib. Bazaya 150 əsgər də göndərilib. Aprel ayında Almaniya öz patrul vəzifələrini Britaniyaya təhvil verəcək.

Estoniya, Latviya və Litvanın öz hava hücumundan müdafiə sistemləri yoxdur. Bu səbəbdən NATO 2004-cü ildən Baltik dənizinin hava məkanını qoruyur. Bu məqsədlə müttəfiqlər müntəzəm olaraq Avropanın şimal-şərqindəki Baltikyanı dövlətlərə döyüşçülər və şəxsi heyət yerləşdirirlər. Almaniya doqquzuncu dəfə Baltikyanı səma patrulunu ələ keçirib.
Tərcümə: Adil
Gununsesi.info