Almaniya və Fransanın XİN başçıları Ukraynaya birgə səfər edəcəklər

  • By admin
  • 27 Yanvar 2022 17:55

Almaniyanın xarici işlər naziri Annalena Berbokla Fransanın xarici işlər üzrə naziri Jan İv Lö Drian gələn həftə Ukraynaya səfər edəcəklər.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazirlərin Ukraynanın şərqinə də səfərləri nəzərdə tutulub.

 

Gununsesi.info