Almaniya yığma komandasının üzvləri artıq Bakıdadır

  • By admin
  • 24 Mart 2017 23:55

almaniya yigmasi

Futbol üzrə Almaniya yığma komandasının üzvləri Bakıya gəlib.

Gununsesi.info “Report”a istinadə  xəbər verir ki, son dünya çempionlarını gətirən təyyarə saat 22:25 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Komanda üzvləri jurnalist və azarkeşlərin onları gözlədikləri əsas çıxışdan deyil, VİP zonadan çıxaraq xüsusi ayrılmış avtobusla qalacaqları otelə yollanıblar.

Almaniya yığması martın 26-da 2018-ci il dünya çempionatının qrup mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq. Oyun yerli vaxtla 20:00-da Tofiq Bəhramov adına Respublika stadionuda keçiriləcək.

Gununsesi.info