Almaniya Avropa ölkələri arasında danışılan həftədə 3 günlük tətil sistemini sınamağa qərar verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü ildən başladılması planlaşdırılan layihə vətəndaşların 4 günlük işləmə sistemini əsas alır.
Almaniyanın paytaxtı Berlindəki məsləhət firması “İntraprenor”un gerçəkləşdirəcəyi layihəyə şirkətlər cümə axşamından başlayacaqlar.
Bu sitemə qoşulmaq üçün müraciət edən həmin şirkətlərin sayının 50-yə çatdırılması planlaşdırılır.
Layihə boyunca şirkətlər mütəxəssislərdən məsləhət ala biləcək, yeni metodları sınayacaq, bir-birləri ilə fikir alış-verişi edəcəklər.
Layihənin sonunda nəticələrin Munster Universiteti tərəfindən dəyərləndirilməsi proqnozlaşdırılır.
Layihə əsasında 100 faiz tam faydalılıq, 80% işləmə müddəti və 100 % ödəniş modeli tətbiq ediləcək.
Eyni layihənin digər modellərində isə 4 günlük iş müddətinə ödənilən pulun azaldılması hədəflənir.
Bu layihə əsasında iş müddəti azaldılaraq faydalılığın və ödənişin eyni qalması vurğulanır.
Tərcümə: Arzu