Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin məhkəməsi PKK terror təşkilatının “lideri” Abdullah Abdullah Öcalanın fotoşəkillərinin toplantı və nümayişlərdə istifadəsinə qadağa qoyulması ilə bağlı qərar verib.
Gununsesi.info xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (KRV) Ali İnzibati Məhkəməsi PKK-nın Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısında olması və ölkədə fəaliyyəti qadağan olduğu üçün Düsseldorf Əyalət Məhkəməsinin 2017-ci ilin noyabrında çıxardığı qadağa qərarına etirazı rədd edib.
Belə ki, Ali Məhkəmə Düsseldorf Əyalət Məhkəməsinin PKK terror təşkilatının “lideri” Abdullah Öcalanın fotoşəkillərinin toplantı və nümayişlərdə istifadəsinə qadağa qoymasını təsdiqləyib.
KRV Ali İnzibati Məhkəməsinin qərarının qəti olmadığı və bu nəticədən Federal İnzibati Məhkəməyə şikayət verilə biləcəyi bildirilib.
PKK terror təşkilatının “lideri” Öcalanın fotoşəkili ilə yanaşı, əyalətin paytaxtı Düsseldorf Əyalət Məhkəməsinin qərarı ilə terror təşkilatına aid “döş nişanları” və qondarma “bayraqlar” da qadağaya daxil edilib.
Gununsesi.info