Almaniyada azarkeşlərə qadağa qoyuldu

  • By admin
  • 22 Dekabr 2021 09:31

Dekabrın 28-dən etibarən Almaniyada bütün idman yarışları tamaşaçıların iştirakı olmadan keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu haqda Almaniyanın yeni kansleri Olaf Şolst məlumat verib. Qərar koronavirusun “Omicron” stamının geniş yayılmasına görə verilib.

“Genişmiqyaslı tədbirlər artıq tamaşaçıların iştirakı olmadan keçirilməlidir. Xüsusən bu, futbol oyunlarına aiddir” – deyə o bildirib.

Gununsesi.info