Almaniyada “Bahar konserti” – Dinləyicilərə 10 dildə mahnılar təqdim ediləcək

  • By admin
  • 05 Mart 2020 18:46

Martın 8-də Almaniyanın NRV vilayətinin Münxen-Qladbax şəhərində konsert təşkil ediləcək.

Tədbirin təşkilaçtılarından olan Almaniyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Zeynalova(Rafiqqızı) Gununsesi.org-a açıqlamasında bildirib ki, musiqili tədbirdə 3 şəhərin 60 nəfərlik xor dəstəsi birlikdə iştirak edəcək.

“Hər üç xor dəstəsi Azər Güvənin rəhbərliyi altında fəaliyyət göstərəcək. Konsert Almaniyanın 3 şəhərində keçiriləcək. “Qadına şiddətə yox deyək” devizi altında gerçəkləşdiriləcək tədbirə Azərbaycandan da qonaqlar dəvət edilib. Onlar arasında Azərbaycanın Opera və Balet Teatrının solisti Vüsalə Musayeva da var. O, musiqili kompazisiyası zamanı dinləyicilərə dünyanın 10 dilində mahnılar təqdim edəcək. Əsasən, italyan, alman, türk, azərbaycan, rus, kürd, zaza, fars və bolqar dilində olan musiqilərə üstünlük verəcək”.

Tünzalə Zeynalova bildirib ki, koronavirus ilə bağlı Almaniyada bir çox tədbirləri təxirə salıb. Ancaq konsert tədbirinə olan maraq böyük olduğu üçün təşkilatçılar təhlükəsizlik tədbirlərini gücləndirərək onun təşkil edilməsinə qərar verib.

Artıq son tamamlanma işləri bitib.

 

Gununsesi.org