Almaniyada bir çox ailə biznesi təhlükə altındadır

  • By ilhame
  • 10 Mart 2024 09:17

Almaniya iqtisadiyyatının əsasını təşkil edən bir çox ailə biznesi hökumət tərəfindən şirkətlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması və elektrik enerjisinin qiymətinin artması səbəbindən təhlükə altındadır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

“Narahatlıq Almaniyada hələ də ölkə iqtisadiyyatının əsasını təşkil edən və təhlükə ilə üzləşən təxminən üç milyon ailə biznesinin artan narazılığını əks etdirir. Almaniyanın Konstitusiya Məhkəməsi hakim koalisiyaya həddindən artıq büdcədənkənar maliyyəni dayandırmağı əmr etdikdən sonra şərtlər daha da mürəkkəbləşdi”, – deyə “Bloomberg” yazır.

 

Agentlik qeyd edir ki, həddindən artıq bürokratiya, kredit və istiqrazlara xidmət üzrə yüksək xərclər, elektrik enerjisinin qiymətinin artması da biznesə maneələr yaradır. Bundan əlavə, COVID-19 pandemiyası bu sahəyə ciddi ziyan vurub.

 

Fevral ayında ölkənin Federal Statistika Bürosunun (Destatis) açıqlamasında bildirilib ki, dördüncü rübdə Almaniyanın ÜDM-i illik ifadədə 0,2 faiz azalıb. Beləliklə, ölkə iqtisadiyyatı formal olaraq tənəzzülə uğrayıb – ÜDM-in azalması ardıcıl iki rüb davam edir.

Gununsesi.info