
Almaniyanın Mannheim şəhərində ifrat sağçıların mitinqində bıçaqlanma da daxil olmaqla ölkədə baş verən bir sıra zorakılıq hadisələrinin ardınca Almaniya kansleri Olaf Şolz ölkənin deportasiya siyasətinin sərtləşdirilməsinə münasibət bildirib.
Gununsesi.info alman mediasına istinadən xəbər verir ki, kansler Olaf Şolz Almaniya Bundestaqındakı çıxışında ağır cinayətlərə görə məhkum olunmuş cinayətkarları öz ölkələrinə, o cümlədən Suriya və Əfqanıstan kimi yüksək riskli ölkələrə göndərəcəyini vəd edib.
“Belə cinayətkarlar Suriya və Əfqanıstandan gəlsələr belə, deportasiya edilməlidir” deyən Scholz, “ağır cinayətlərdə iştirak edən və terror təhlükəsi yaradanların burada yeri yoxdur” deyib.
Federal Daxili İşlər Nazirliyinin planlaşdırdığı deportasiya siyasətlərini qanuni şəkildə həyata keçirmək üçün yollar axtardığını da əlavə edən Scholz, “Almaniyanın maraqları cinayətkarların müdafiə hüququndan üstündür” deyə bildirib.
Günay Mahirqızı
Gununsesi.info