Almaniyada dəmir yolu və aeroport  işçilərinin genişmiqyaslı tətili başlayıb

  • By admin
  • 07 Mart 2024 12:50

Martın 7-də Almaniya maşinistlərin həmkarlar ittifaqı (GDL) 35 saat davam edəcək növbəti tətilə başlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, tətil rəsmi olaraq səhər saatlarında başlayıb. Aksiya Almaniyanın əksər şəhərlərarası və regional dəmir yolu nəqliyyatına təsir edəcək.

Bütün qatarların yalnız beşdə biri iki gün ərzində işləyəcək.

Yük daşımalarında oxşar tətil çərşənbə günü axşam başlayıb.

GDL-nin əsas tələbi əmək haqqını saxlamaqla iş həftəsinin 35 saata endirilməsi olaraq qalır.

Həmkarlar ittifaqının sədri Klaus Veselski növbəti “kortəbii” tətillər barədə xəbərdarlıq edib.

Bundan əlavə, Ver.di birliyi tərəfindən çağırılan Lufthansa quru heyətinin xəbərdarlıq tətili də martın 7 və 8-də baş tutacaq.

Bu günlər ərzində aviaşirkət rəhbərliyinə təzyiqləri artırmaq üçün mümkün qədər çox reyslər ləğv ediləcək. Məlumata görə, yeni tətil təxminən 200 min sərnişinə təsir edəcək.

Bundan əlavə, Ver.di həmkarlar ittifaqı Hamburq, Frankfurt-Mayn və Düsseldorf hava limanlarında təhlükəsizlik işçilərini bir günlük tətilə çağırıb.

Ötən həftə Almaniyanın böyük bir hissəsində avtobuslar, tramvaylar və metro qatarları dayanıb, ictimai nəqliyyat işçilərinin bir həftəlik təşkil etdiyi tətillərin kulminasiyası olub.

 

Gununsesi.info