Almaniyada da karantin müddəti uzadıldı

  • By admin
  • 23 Mart 2021 20:04

Almaniyada karantin müddəti 18 aprelə qədər uzadılıb.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun yayıldığı bölgələrdə martın 28-dən sonra əlavə tədbirlər görüləcək.

HTML tutorial

Almaniya kansleri Angela Merkel karantin müddətinin uzadılması ilə bağlı açıqlama verib.

O bildirib ki, ölkə hələlik virusa qalib gələ bilməyib:

“Hazırda yeni yayılan virus çox ciddidir. Bu virus İngiltərədə görülən koronavirusun mutasiyaya uğramış formasıdır. Yeni virus sürətlə yayılır və xəstəxanalardakı çarpayı ehtiyatları tükənir.

Virusa yoluxan orta yaşlı və gənc insanlar xəstəliyi ağır formada keçirirlər. Bu virus bizi rahat buraxmır”.

Gununsesi.info