Paytaxt Berlində yüzlərlə fermer etiraz aksiyasına başlayıb. Traktorları ilə şəhərə gedən fermerlər hökumətin bu qərarına reaksiya verib. Hadisələr zamanı zaman zaman gərginlik artarkən, polis qrupları etirazçılara bibər qazı ilə müdaxilə edib.
Gununsesi.info xəbər verir ki, etiraz edən fermerlər Şimal dənizi sahilindəki Şluettsiel estakadasını bağlayıblar. İqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin bərədən enməsinə icazə verməyən fermerlər uzun müddət etirazlarını davam etdiriblər. Bərədən düşə bilməyən Habek Huq adasına qayıtmalı olub.
Almaniya Konstitusiya Məhkəməsi noyabr ayında koalisiya hökumətinin Covid-19 epidemiyası dövründən istifadə olunmamış 60 milyard avroluq krediti iqlim fonduna köçürmə qərarının konstitusiyaya zidd olduğuna dair qərar verdikdən sonra Almaniya hökuməti 2024-cü il büdcəsində qənaət etmək məcburiyyətində qalıb.
Məhkəmə qərarından sonra hökumətdən borc əyləcini ardıcıl beşinci il dayandırmaq və ya qənaət və vergi artımları üçün təxminən 17 milyard avro tapması tələb edilib.
Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının qurduğu hökumət gələn ilin büdcəsindəki kəsiri bağlamaq üçün karbon vergisini keçən həftə gözlənildiyindən çox artırıb. Karbon vergisi (CO2 qiyməti) bir ton üçün 30 avrodan 40 avroya yüksəldi. Bunun ölkədə benzinin və dizelin litrinin qiymətlərinin müvafiq olaraq 4,3 sent və 4,7 sent artacağı gözlənilir.
Gununsesi.info