Almaniyada hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası, Birlik 90/Yaşıllar və Azad Demokrat Partiyası) reytinqləri ən aşağı həddə düşüb, üç partiyanın koalisiyası ümumi səslərin 32%-ni toplayıb.
Gununsesi.info xəbər verir ki, bunu INSA sosioloji institutunun Bild qəzeti üçün keçirdiyi sorğunun məlumatları sübut edir.
Seçicilərin yalnız 15%-i SDP-yə, 12%-i Yaşıllara, 5%-i isə ADP-yə səs verməyə hazırdır. Beləliklə, hazırda hakim “svetofor” koalisiyası cəmi 32% səs toplayıb. Bu da, tarixdə ən aşağı göstəricidir.
Sorğunun nəticələrinə görə, Almaniya üçün Alternativ (AfD) partiyasına dəstək reytinqi 23% təşkil edib.
INSA-nın məlumatına görə, Almaniya vətəndaşlarının 59%-i 2025-ci ilin payızını gözləmədən yaxın gələcəkdə Bundestaqa erkən seçkilərin keçirilməsini dəstəkləyir.
Gununsesi.info