
Almaniyada Livan Hizbullahına pilotsuz uçan aparat hissələri tədarük etməkdə şübhəli bilinən bir livanlı saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Federal Baş Prokurorluqdan verilən açıqlamada deyilir.
Məlumata görə, Almaniyanın şimalındakı Salzgitter şəhərində saxlanılan Fadel Z. Hizbullah üzvü olmaqda ittiham edilib.
Açıqlamada Fadel Z.-nin 2016-cı ildə Hizbullaha qoşulduğu və qrupun təlimatı ilə Almaniyadan hərbi məqsədlər üçün istifadə edilən pilotsuz uçuş aparatlarının hissələrini aldığı və sözügedən avadanlıqların “terrorda istifadə olunacaq pilotsuz uçuş aparatları üçün təmin edildiyi” ifadə edildi. İsrailə qarşı hücumlar”.