Almaniyada hökumət necə qurulacaq?  3 mümkün ssenari AÇIQLANDI

  • By admin
  • 27 Sentyabr 2021 12:15

Almaniyada keçirilən parlament seçkilərində 5 partiya parlamentə daxil olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, heç bir partiya mütləq səs çoxluğu qazanmadığı üçün koalision hökumətin formalaşması qaçınılmazdır.

Qurulacaq hökumətlə bağlı 3 mümkün ssenari irəli sürülür:

Sosial Demokratlar Partiyası ilə Xristian Demokratlar Birliyinin “böyük koalisiyası) – 402 kürsü

Sosial Demokratlar Partiyası, liberallar və “Yaşıllar”dan ibarət “svetofor koalisiyas”sı – 426 kürsü

Xristian Demokratlar Birliyi , liberallar və “Yaşıllar”dan ibarət “Yamayka koalisiyas”sı  – 406 kürsü

Parlamentdə çoxluq formalaşdırmaq üçün 733 deputat kürsüsündən 368-i müvafiq siyasi qüvvənin tərəfində olmalıdır.

Gununsesi.info