Almaniyanın Köln şəhərində “21 Mart – Beynəlxalq İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Günü” münasibətilə irqçiliyə qarşı yürüş keçirilib.
Gununsesi.info xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin ən böyük şəhəri Kölndə 6 fərqli nöqtədə başlayan yürüşə minlərlə insan əllərində irqçiliyə qarşı plakatlar tutulub və şüarlar səsləndirib.
“Köln mövqe tutur” şüarı ilə keçirilən yürüşdən sonra edilən çıxışlarda xarici və müsəlman əleyhdarı kimi tanınan Almaniya üçün Alternativ Partiyasının (AfD) siyasətçiləri və avstriyalı ifrat sağçı Martin Sellner gizli şəkildə məsələni müzakirə ediblər. Potsdam şəhərində milyonlarla əcnəbini Almaniyadan deportasiya etməyi planlaşdıran danışıqlar tənqid edilib.
Çıxışlarda ifrat sağçı AfD-nin hərəkətləri tənqid edilib və cəmiyyətin bütövlüyünə xələl gətirən bu partiyanın fəaliyyətinin qadağan edilməsi istənilib.
“21 Mart -Beynəlxalq İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Günü” münasibəti ilə keçirilən yürüşdə çoxlu sayda polis əməkdaşı iştirak edib.
Gununsesi.info